“PAŞA Bank” turistlərə ödənişi öz milli valyutalarında etmə imkanı yaradacaq

Baş səhifə

Bakı. Trend:

Azərbaycana gələn xarici turistlər yaxın gələcəkdə ödənişlərini
öz milli valyutalarında və ya ABŞ dolları ilə həyata keçirə
biləcəklər.

Trend xəbər
verir ki, bunu “PAŞA Bank”ın İdarə Heyətinin sədri və Baş İcraçı
direktoru Cavid Quliyev bankın 2025-ci ilin illik maliyyə
nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan vətəndaşları xaricdə
manat kartları ilə ödəniş etdikdə onlara həmin ölkənin milli
valyutası ilə yanaşı, manat və ya ABŞ dolları ilə ödəniş etmək
seçimi təqdim olunur.




“Biz indi eyni yanaşmanı Azərbaycanda da tətbiq etməyə
çalışırıq. Belə ki, BƏƏ, ABŞ, İngiltərə və ya Asiya ölkələrindən
gələn turistlər Azərbaycanda hotel, restoran və digər turizm
obyektlərində ödəniş edərkən, “PAŞA Bank”ın terminalları vasitəsilə
onlara manatdan əlavə öz ölkələrinin milli valyutasında və ya ABŞ
dolları ilə ödəniş etmək imkanı təqdim olunacaq”, – deyə C.Quliyev
bildirib.

O qeyd edib ki, bu yenilik turistlər üçün ödəniş prosesini daha
rahat və əlçatan edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir