ABŞ-nin Ayova ştatında atışma baş verib, ölənlər var

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Ayova ştatının Maskatin şəhərində baş vermiş silahlı
insident nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən şəxs də
daxil olmaqla, ən azı yeddi nəfər həyatını itirib.

Trend-in
məlumatına görə, bu barədə yerli polis idarəsi açıqlama yayıb.

Hüquq-mühafizə orqanlarının ilkin araşdırmasına əsasən,
hadisənin ailədaxili münaqişə zəminində baş verdiyi ehtimal olunur.
Bildirilir ki, həlak olanların hamısının şübhəli şəxsin qohumları
olduğu güman edilir.




Məlumata görə, atışma ilə bağlı polisə yerli vaxtla saat 12:12
radələrində məlumat daxil olub. Hadisə yerinə gələn əməkdaşlar
əvvəlcə dörd nəfərin cəsədini aşkar ediblər. Sonrakı axtarışlar
zamanı daha iki nəfərin meyiti tapılıb.

Cinayəti törətməkdə şübhəli bilinən 52 yaşlı Rayan Makfarland
hadisə yerindən uzaqlaşsa da, daha sonra güllə yarası ilə
aşkarlanıb. İstintaq onun intihar etmiş ola biləcəyini ehtimal
edir.

Hazırda hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi
istiqamətində araşdırmalar davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir