
Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri (IDF) Hizbullah qruplaşmasına qarşı
planlaşdırılan hava zərbələri ərəfəsində Livanın cənubunda yerləşən
10 kənd və qəsəbənin əhalisini gözlənilən bombardmanla bağlı
xəbərdar edib və təxliyə olunmağa çağırıb.
Trend xəbər verir
ki, bu barədə IDF-in rəsmisi polkovnik Aviçay Adray müraciət
ünvanalayıb.
“Hizbullah terror təşkilatının atəşkəslə bağlı razılaşmanın
şərtlərini pozması fonunda, IDF güc tətbiq etməyə məcbur qalıb və
sizə (mülki əhaliyə -red) heç bir zərər vurmaq niyyəti yoxdur”,
-deyə təxliyə xəbərdarlığından bildirilir.
Beləliklə Nəbatiyə ət-Tahta, Əl-Lvayza, Səcd, Eyn Qana, Haruf,
Zibdin, Kfar Riman, Duer, Əşit Əl-Şaqif və Meydun kənd və
qəsəbələrinin sakinlərinə planlaşdırılan hava zərbələrinin
hədəflərindən azı bir kilometrlik məsafəyə təxliyə olunmaq tövsiyə
olunur.

