Britaniyalı nazirin təyyarəsinə radioelektron müdaxilə olub – Rusiya şübhəli bilinir

Baş səhifə

Bakı.Trend:

Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələrinə məxsus,
göyərtəsində ölkənin müdafiə naziri Con Hilinin olduğu təyyarə
Rusiya sərhədi yaxınlığında uçuş zamanı radioelektron mübarizə
(REM) vasitələrinin təsirinə məruz qalıb.

Trend xəbər verir
ki, bu barədə “The Times” məlumatlı mənbələrə istinadən xəbər
yayıb.

Nəşrin məlumatına görə, Hili Estoniyaya səfərindən sonra Böyük
Britaniyaya qayıdırmış. O, burada estoniyalı həmkarı Hanno Pevkur
ilə görüşüb və Britaniya hərbçilərinə baxış keçirib. Nazir həmçinin
Estoniyanın cənub-şərqindəki Vyru şəhəri yaxınlığında yerləşən
məxfi məkanda yüksək rütbəli zabitlərlə brifinq keçirib. “The
Times” qeyd edir ki, bu region daimi olaraq Rusiyanın REM
vasitələrinin fəaliyyətindən əziyyət çəkir.




Təyyarədə GPS siqnalı uçuşun lap əvvəlində itib. Onu yalnız
təyyarə sistemlərini tam söndürüb yenidən işə salmaqla bərpa etmək
mümkün idi, lakin bunu havada texniki baxımdan həyata keçirmək
mümkün olmayıb. Noutbuklar və smartfonlar da internetə qoşula
bilməyib. Buna görə pilotlar öz mövqelərini müəyyən etmək üçün
ehtiyat naviqasiya sistemlərindən istifadə etməyə məcbur olublar.
Bundan əlavə, maneələr pilot kabinəsindəki cihaz panelinin bəzi
elementlərinin işində fasilələrə səbəb olub.

“The Times”a danışan Kral Hərbi Hava Qüvvələrinin mənbəsi GPS
siqnalındakı nasazlığı çox nadir hal adlandırıb. Böyük Britaniya
Müdafiə Nazirliyinə yaxın mənbə isə Rusiyanın hərəkətlərini
“düşüncəsiz” müdaxilə kimi qiymətləndirib, lakin hərbi təyyarələrin
belə insidentlərə “yaxşı hazırlaşdığını” vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir