Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Baş səhifə

Bakı.Trend:

Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar respublika
ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar
26-31 may tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət
göstərəcək.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən
(AYNA) məlumat verilib.

Bildirilib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksində bayram
ərəfəsində və istirahət günlərində sərnişin axınına uyğun olaraq
marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına,
sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl
etmələrinə xüsusi nəzarət olunacaq.

Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda
əlavə avtobus buraxılması təmin ediləcək.




Vətəndaşlar biletləri https://biletim.az/
portalından onlayn qaydada, həmçinin avtovağzalların kassalarından
əldə edə bilərlər.

Qeyd edək ki, hazırda portalda 58 məntəqəyə 94 istiqamət üzrə
bilet almaq mümkündür. Sistemə 361 reys olmaqla 409 nəqliyyat
vasitəsi qoşulub. Portal vaxta qənaət, müştəri məmnuniyyətinin
təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması
baxımından bir sıra üstünlüklərə malikdir.

Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına
çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı
vasitəsilə əldə etmələri tövsiyə olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir