
Bakı.Trend:
Bayram günlərində Bakı metropolitenində tətbiq olunacaq iş
rejimi müəyyənləşib.
Bu barədə Trend-ə “Bakı Metropoliteni” QSC-dən məlumat
verilib.
Bildirilib ki, Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar
mayın 27-31-də qatarların hərəkət qrafiki dəyişdiriləcək.
Zəruri ehtiyat tədbirlər nəzərə alınmaqla, qeyd edilən tarixlərdə
“28 May-Əhmədli” və əksinə istiqamətdə interval 2 dəqiqə 30 saniyə,
“Həzi Aslanov-Əhmədli” sahəsində 7 dəqiqə təşkil edəcək.
Bənövşəyi xətdə qatarların hərəkəti şənbə-bazar günlərinin
qrafiki üzrə təşkil olunacaq. “Cəfər Cabbarlı-Xətai” sahəsində
mövcud hərəkət cədvəli qüvvədə qalacaq.
“Bakmil” istiqamətində və əksinə qatarların hərəkəti şənbə günü
qrafiki ilə tənzimlənəcək.
Stansiyalarda ümumi nəzarət mexanizmləri artırılacaq,
növbətçilik cədvəli əsasında işçi qüvvəsi ayrılacaq.
Ehtiyat qatarlar ehtiyac yaranacağı təqdirdə xəttə buraxılması
üçün hazır vəziyyətdə saxlanılacaq.

