Prezident İlham Əliyev: Özümüzü buğda ilə cəmi 55 faiz təmin edirik

Baş səhifə

Bakı.Trend:

Azərbaycan cəmi 55 % səviyyəsində özünü buğda ilə təmin edir və
əfsuslar olsun ki, bu əmsal artmır.

Trend xəbər verir
ki, bu fikirləri Prezident İlham Əliyev kənd təsərrüfatı
məsələlərinə həsr olunmuş müşavirədə səsləndirib.

Dövlətimizin başçısı qeyd edib: “Beləliklə, bizim istehsalımızla
bağlı özümüzü təminetmə əmsalı və bəzi rəqəmlər səsləndiriləcək.
Buğda istehsalı. Biz cəmi 55 faiz səviyyəsində özümüzü buğda ilə
təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır. Biz elə yerində
sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal
olunur, baxmayaraq çox böyük təkan verilmişdir, bir çox aqroparklar
yaradılmışdır. Onu da bildirməliyəm ki, aqroparkların yaradılması
kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır. Buna
baxmayaraq, buğda istehsalı və onun özünü təminetmə əmsalı bizdə
artmır. Daxili istehsal 1 milyon 573 min ton, idxal 1 milyon 267
min ton. Bax, bu idxalı biz azaltmalıyıq. Təbii ki, bizim
coğrafiyamızı nəzərə alaraq, əkin sahələrini nəzərə alaraq, digər
kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini
nəzərə alaraq, biz hədəf qoymamalıyıq ki, 100 faiz özümüzü ərzaq
buğdası ilə təmin edək. Ancaq hər halda 55 faiz qəbuledilməz
rəqəmdir və bu, mütləq artmalıdır”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir