
Bakı. Trend:
“MET-AK” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi
Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye
Parkının rezidenti statusu verilib.
Trend
agentliyə istinadən xəbər verir ki, Sumqayıt Sənaye Parkının yeni
rezidenti tərəfindən müxtəlif ölçülü polistirol qida qablaşdırma
altlığı istehsalı layihəsi həyata keçiriləcək.
İnvestisiya dəyəri 16,3 milyon manat olan layihə çərçivəsində
şirkət tərəfindən Sənaye Parkının ərazisində müxtəlif ölçülü
polistirol qida qablaşdırma altlığı istehsalı layihəsinin həyata
keçirilməsi nəzərdə tutulur.
Sumqayıt Sənaye Parkında bu günədək ümumi investisiya həcmi 6,7
milyard manatdan artıq olan 39 sahibkarlıq subyektinə rezident
statusu verilib. Rezidentlər tərəfindən 5,6 milyard manatdan çox
investisiya yatırılıb.

