Serbiyada tramvay binaya çırpılıb (VİDEO)

Baş səhifə

Bakı.Trend:

Serbiyanın paytaxtı Belqradda ağır yol qəzası baş verib. Kara
Duşan küçəsində tramvay relslərdən çıxaraq Kniçaninovo küçəsinin
kəsişməsində yerləşən binaya çırpılıb.

Trend bu barədə
xarici mediaya istinadən xəbər verir. Qəza yerli vaxtda 09:30-da
baş verib.

Hadisə nəticəsində azı 12 nəfərin yaralandığı bildirilir.




Hadisə yerinə xilasedicilər, o cümlədən bir neçə təcili tibbi
yardım briqadası göndərilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara
çatdırılıb.

Qəzanın səbəbləri araşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir