Mənimsəmədə təqsirləndirilən vəzifəli şəxslərin məhkəməsi keçirilib

Baş səhifə

Bakı. Trend:

Auditorlar Palatasının mənimsəmədə təqsirləndirilən vəzifəli
şəxslərinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi
keçirilib.

Trend xəbər
verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə
dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən Auditorlar Palatasının Maliyyə
təminatı və xarici əlaqələr idarəsinin rəisi Vəli Rəhimov, həmin
idarənin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Maliyyə və
təşkilati-texniki təminat idarəsinin mühasibi Fəridə Novruzovanın
10 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxslərin vəkilləri çıxış üçün vaxt
istəyib.




Məhkəmənin 8 iyunda keçiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin
179.4-cü (Mənimsəmə və ya israf etmə), 308.2-ci (Vəzifə
səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı)
maddələri ilə ittiham edilir.

İş üzrə zərərçəkmiş şəxs kimi Azərbaycan Respublikası Auditorlar
Palatası tanınıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir