Azərbaycanın bank sektorunun xalis mənfəəti açıqlandı

Baş səhifə

Bakı.Trend:

Azərbaycanın bank sektoru aprel ayında 438,5 milyon manat
məbləğində xalis mənfəət əldə edib.

Trend bu barədə
Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
98,7 milyon manat və ya 29 faiz çoxdur.




Eyni zamanda, hesabat dövründə bankların əməliyyat mənfəəti
658,7 milyon manat təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə
müqayisədə 94,3 milyon manat və ya 16,7 faiz çoxdur.

Qeyd olunur ki, cari ilin ilk dörd ayı ərzində banklar
tərəfindən ümumilikdə 104,2 milyon manat məbləğində mənfəət vergisi
ödənilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir