Tokayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Baş səhifə

Bakı. Trend:

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev
Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər
verir ki, məktubda deyilir:

“Sizi və bütün həmvətənlərinizi Müstəqillik Günü münasibətilə
Qazaxıstan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan suveren inkişafı illərində dövlətçiliyinin
möhkəmləndirilməsində, sosial-iqtisadi inkişafda və dünya
arenasında nüfuzunun artırılmasında böyük uğurlar qazanıb.

Şübhəsiz ki, Sizin güclü və müdrik rəhbərliyinizlə qardaş
Azərbaycan xalqı davamlı iqtisadi artımın təmin edilməsində və
regional güc kimi potensialının möhkəmləndirilməsində yüksək
məqsədlərə uğurla nail olacaq.

Qazax xalqı əbədi dostluq və qarşılıqlı hörmət strategiyasına
daim sadiq qalır və onu dəstəkləyir, Azərbaycanın nailiyyətlərinə
səmimi-qəlbdən sevinir.
Biz strateji tərəfdaşlığımızın və müttəfiqliyimizin gələcəkdə də
inkişafına müstəsna əhəmiyyət veririk.

Əminəm ki, yüksək səviyyədə fəal və etimada əsaslanan siyasi
dialoq Qazaxıstan-Azərbaycan çoxtərəfli əməkdaşlığının
xalqlarımızın əsas maraqları naminə yeni zirvələrə yüksəlməsinə
bundan sonra da kömək edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti vəzifənizdə
yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına əmin-amanlıq və
tərəqqi arzulayıram”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir