
Bakı. Trend:
Qazaxıstan Respublikasının Birinci Prezidenti Nursultan
Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu
ünvanlayıb.
Trend xəbər
verir ki, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Müstəqillik Günü və müqəddəs Qurban
bayramı münasibətilə səmimi təbriklərimi qəbul edin.
Qurban bayramının dövlət bayramı ilə üst-üstə düşməsi rəmzi məna
daşıyır. Qoy, bütün müsəlmanların xeyirxahlıqla dolu olan bu böyük
bayramı bəşəriyyəti yüksək mənəvi dəyərlərə çatdırsın, ona Uca
Yaradanın mərhəmətini və şəfqətini nəsib etsin.
Qardaş Azərbaycan xalqına davamlı sürətli inkişaf və firavanlıq
diləyir, həmçinin Sizin rəhbərliyinizlə qarşıda duran bütün
məqsədlərə nail olunması ilə bağlı ən xoş arzularımı ifadə
edirəm.
Ümidvaram ki, Sizinlə qurduğumuz qarşılıqlı hörmət uzun illər
davam edəcək.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar bayramlar münasibətilə
Sizə möhkəm cansağlığı, böyük uğurlar, Azərbaycan xalqına isə
həmişə sülh və tərəqqi arzulayıram”.

