
Bakı. Trend:
Səudiyyə Ərəbistanı Fələstin dövlətinin yaradılması ilə bağlı
razılaşmalar əldə olunana qədər İsrail ilə münasibətləri
normallaşdırmayacaq.
Trend xəbər
verir ki, bu barədə xarici media məlumat yayıb.
Xarici mediada yayılan məlumatlarda qeyd olunub ki, krallığın
mövqeyi dəyişməyib və Fələstin dövlətinin yaradılması
mütləqdir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bildirib ki, “İbrahim
sazişləri”nin genişləndirilməsi prosesi Səudiyyə Ərəbistanı və
Qətərin onlara qoşulması ilə başlamalıdır.
ABŞ liderinin sözlərinə görə, Səudiyyə Ərəbistanının vəliəhd
şahzadəsi Məhəmməd bin Salman, BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl
Nəhyan, Qətər əmiri Təmim bin Həməd Əl Tani, Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan, Misir Prezidenti Əbdülfəttah əs-Sisi,
İordaniya kralı II Abdullah və digər liderlərlə danışıqlar zamanı “İbrahim sazişləri”nin genişləndirilməsi müzakirə olunub.

