Qərbi Avropa ölkələrində temperatur rekordları qeydə alına bilər

Baş səhifə

Bakı. Trend:

Bəzi Qərbi Avropa ölkələrində may ayının sonlarında temperatur
rekordları qeydə alına bilər.

Trend bu barədə
xarici mediaya istinadla xəbər verir.

İspaniya və Portuqaliyada bu həftəni istilərin daha da
şiddətlənəcəyi gözlənilir. Portuqaliyanın bəzi yerlərində
temperatur 40 dərəcə Selsiyə çata bilər. Fransa, Belçika və Böyük
Britaniyada da meteoroloqlar qarşıdakı günlərdə temperaturun may
ayının orta səviyyəsindən xeyli yüksək olacağını
proqnozlaşdırırlar.




Mayın 25-də Fransa meteorologiya xidməti Paris də daxil olmaqla
18 departament üçün isti hava xəbərdarlığı elan edib. Fransa
paytaxtı hazırda Fransa Açıq tennis turnirinə ev sahibliyi edir və
idmançılar və tamaşaçılar da 30 dərəcə Selsi (86 dərəcə Farenheyt)
istilərlə üzləşirlər.

Mayın 25-də Britaniya meteoroloqları bu ilin may ayı üçün ölkədə
ən yüksək temperaturu qeydə alıblar. London ətrafında istilik 34
dərəcə Selsiyə çatıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir