
Bakı. Trend:
Estoniya Prezidenti Alar Karis Prezident İlham Əliyevə təbrik
məktubu ünvanlayıb.
Trend xəbər
verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Ölkənizin milli bayramı münasibətilə Sizə və Azərbaycan xalqına
səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Bugünkü mürəkkəb qlobal şəraitdə çoxtərəfli çərçivələr
vasitəsilə, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı çərçivəsində
sıx əməkdaşlıq hər zamankından daha böyük əhəmiyyət daşıyır. Birgə
fəaliyyət göstərməklə biz BMT Nizamnaməsinin prinsiplərini daha
yaxşı qoruya və daha təhlükəsiz, daha ədalətli və daha dayanıqlı
dünyanın qurulmasına töhfə verə bilərik.
Bu baxımdan ikitərəfli münasibətlərimizdə müşahidə olunan
davamlı irəliləyişi məmnunluqla qarşılayır və qarşıdakı illərdə
ölkələrimiz arasında tərəfdaşlığın daha da möhkəmlənəcəyinə ümid
edirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş
edirəm”.

