Tbilisiyə daha ucuz sərnişindaşıma imkanları araşdırılacaq – ADY

Baş səhifə

Bakı. Trend:

Nəhayət, 6 ildən sonra Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin
daşımalarını bərpa edilir və ilk reys bu gün saat 23:10-da Bakıdan
yola salınacaq.

Trend xəbər verir ki,
bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə
əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib.

O xatırladıb ki, hər gün Bakıdan saat 23:10-da, Tbilisidən isə
saat 21:00-da qatarlar hərəkət edəcək:




“Qatarlar Bakı Dəmiryol Vağzalından başqa, Biləcəri
stansiyasında, Yevlax stansiyasında, Gəncə Dəmiryol Vağzalı və
Ağstafa və Böyük Kəsik stansiyalarında da dayanacaq. Gürcüstanda
isə Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında
sərnişinlərə xidmət göstəriləcək. Qatarın yolda olma müddəti 9 saat
yarımdır. Bunun 2 saatı – 1 saatı Azərbaycan sərhədi, 1 saatı isə
Gürcüstan sərhədi olmaqla, sərhəd və gömrük yoxlanışlarına sərf
olunacaq”.

Qurum rəsmisi qiymətlərin dəyişməsi ehtimalları barədə də
danışıb.

“O ki qaldı daha ucuz, daha aşağı tarifli biletlər üzrə
sərnişindaşımaya, ADY gələcəkdə bu imkanlara da baxacaq.
Sərnişinlərin daha aşağı tarifli səyahət imkanları
araşdırılacaq”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir