
Bakı. Trend:
Tbilisiyə ilk dəfə səyahət edəcək sərnişinıərdən olan Esmira
İbrahimova biletlərin qiymətlərindən məmnun olduğunu bildirib.
Trend xəbər verir ki,
o, səfərdən əvvəl jurnalistlərə açıqlamasında uçuşlarla bağlı
aerofobiyası olduğunu və hər dəfə səfər zamanı həyəcan yaşadığını
deyib:
“Əvvəllər məndə təyyarə ilə bağlı panik və aerofobiya var idi.
Hər dəfə gedəndə çox həyəcan yaşayırdım. Amma indi çox sevinirəm
ki, ilk dəfə Tbilisiyə səyahət edəcəyəm”.
Sərnişin biletlərin qiymətlərini də münasib qiymətləndirib:
“Qiymətlərdən, həqiqətən, məmnunam. Çox uyğun qiymətdir və
ödəmək mümkündür”.

