
Bakı. Trend:
Tbilisi istiqamətində səfərə hazırlaşan sərnişin Vələddin
Yusibov uzun illərdən sonra ata yurduna yollandığını bildirib.
Trend xəbər verir ki,
o, səfərdən öncə jurnalistlərə açıqlamasında altı ildir, Tbilisiyə
getmədiyini bildirib:
“Altı ildir getməmişdim, indi gedirəm. Ata yurdumdur, ora ilə
bağlılığım var”.
Sərnişin həmçinin yaradılan şəraitə görə təşəkkür edib:
“Sağ olsun rəhbərlik ki, bu şəraiti yaradıblar”.
V.Yusibov həmçinin biletlərin qiymətini də müsbət
qiymətləndirib.

