
“FINCA Azerbaijan” Bank Olmayan Kredit Təşkilatı 2025-cü ili 1 milyon 620 min manat xalis mənfəətlə başa vurub.
“APA-Economics” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, hesabat dövründə bankın faiz gəlirləri 21 milyon 196 min manat, faiz xərcləri isə 6 milyon 955 min manat təşkil edib.
Cari ilin yanvar ayının 1-nə bankın aktivləri 75 milyon 29 min manata bərabər olub. BOKT-un müştərilərinə verdiyi xalis kreditlərinin həcmi isə 62 milyon 956 min manat təşkil edib.
“FINCA Azerbaijan” haqqında
“FINCA AZERBAİJAN Məhdud Məsuliyyətli Qeyri-Bank Kredit Təşkilatı (“Şirkət”) 1998-ci ildə Azərbaycan Respublikasında təsis edilib. 19 noyabr 1999-cu il tarixinədək o, FINCA International təşkilatının Azərbaycandakı nümayəndəliyi kimi qeydiyyatdan keçib. 19 noyabr 1999-cu ildə Şirkət Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində hüquqi şəxs kimi qeydiyyatdan keçib.
“FINCA Azerbaijan”ın 2025-ci il üçün Maliyyə Hesabatlılığına dair Auditor rəyi ilə hiperlink vasitəsilə tanış olmaq mümkündür: https://mail.google.com/mail/u/1?ui=2&ik=efd7b34467&attid=0.1&permmsgid=msg-f:1866229999943857210&th=19e62e4c17d4b43a&view=att&zw&disp=inline

