Apellyasiya Məhkəmələrinə yeni hakimlər təyin edilib

Baş səhifə

Bakı. Trend:

Bakı, Sumqayıt, Şəki və Şirvan Apellyasiya Məhkəmələrinə yeni
hakimlər təyin edilib.

Trend-in
məlumatına görə, bununla bağlı Milli Məclisin bugünkü plenar
iclasında müvafiq qərarlar qəbul edilib.

Qərara əsasən, aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək
Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin
ediliblər:

  • Abdullayev Elşən Uğur oğlu
  • Əliyeva Aytən Heydər qızı
  • Hüseynov Elməddin Mirpaşa oğlu
  • Hüseynov Telman Qulaməli oğlu
  • İsmayılzadə Fərid Sabir oğlu
  • Qafarova Rəna Nazim qızı
  • Nuriyev Elnur Aləm oğlu

Bilal Mahir oğlu Məmmədov vəzifəsi
dəyişdirilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi
təyin edilib.




Əsgərov Anar Əlifağa oğluMustafayev
Etibar Mustafa oğlu
vəzifələri dəyişdirilərək Şəki
Apellyasiya Məhkəməsi
nin hakimləri təyin ediliblər.

Ağabəyov Nicat Rauf oğluHacızadə
Fəxri Hümmət oğlu
vəzifələri dəyişdirilərək Şirvan
Apellyasiya Məhkəməsi
nin hakimləri təyin ediliblər.

Sadıqov Vahid Nəriman oğlu vəzifəsinin
dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi
vəzifəsindən azad edilib.

Nural Turab oğlu Əliyev vəzifəsinin
dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi
vəzifəsindən azad edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir