
Bakı.Trend:
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin
keçirilməsinin qarşısı alınıb.
Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat
verilib.
Bildirilib ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilən sərhəd
axtarışı və əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 35
kiloqram 200 qram narkotik vasitə marixuana və 3000 ədəd psixotrop
tərkibli Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan
Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

