PAŞA Bank-ın tərəfdaşlığı ilə Azərbaycan gəncləri Microsoft Dünya Çempionatına ilk addımı atır

Baş səhifə

Bakı. Trend:

PAŞA Bank-ın tərəfdaşlığı ilə həyata keçirilən Microsoft Dünya
Çempionatının seçim prosesinin ilk mərhələsi olan hakaton 23 may
2026-cı il tarixində start götürdü.

Bakı Dizayn Akademiyası tərəfindən təşkil edilən tədbir hər il
30-dan çox ölkədən 400-dən artıq iştirakçını bir araya gətirir. Bu
nüfuzlu dünya çempionatı bu il 27 iyulda Kaliforniyada keçiriləcək.
Azərbaycan gəncləri ilk dəfə olaraq qlobal səviyyədə ölkəmizi
təmsil etmək uğrunda artıq yarışa başladı.

200-dən çox müraciət arasından seçilmiş 50 iştirakçı bu gün
hakatona qatılıb. Onlardan 20-i növbəti mərhələyə – beynəlxalq
sertifikasiya imtahanına – keçmək hüququ qazanacaq. Həmin
imtahandan uğurla çıxan 3 finalçı isə Kaliforniyaya yollanacaq və
dünya səhnəsində 30 ölkənin nümayəndələri ilə yarışacaqlar.

Hakaton çərcivəsində çıxış edən PAŞA Bank-ın Marketinq
departamentinin direktoru Günel Mavliyarova bu cür tədbirlərin gənc
nəslin inkişafında xüsusi əhəmiyyətini vurğulayıb.




“Beynəlxalq proqramlar həm biliklərimizi, həm də peşəkar
təcrübəmizi artırır. Bu cür təşəbbüslər yeni baxış və inkişaf
imkanları yaradır. Dünya sürətlə dəyişir və vacib olan bu
dəyişikliklərə uyğunlaşmağı bacarmaqdır. Belə proqramlar da məhz
buna kömək edir,” – deyə, Mavliyarova bildirib.


Qeyd edək ki, prosesin hər mərhələsi iştirakçılara yarışma
təcrübəsi ilə yanaşı, rəsmi Microsoft Excel beynəlxalq sertifikatı
və qlobal peşəkar şəbəkəyə qoşulmaq imkanı da qazandırır.

Layihə Bakı Dizayn Akademiyasının təşkilatçılığı, PAŞA Bank,
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Asan
İnnovativ İnkişaf Mərkəzinin sponsorluğu,Certiport/Pearson və
Microsoft-un tərəfdaşlığı ilə həyata keçirilir.

PAŞA Bank gənclərin inkişafı, rəqəmsal bilik və bacarıqların
artırılması, eləcə də onların beynəlxalq platformalara çıxış
imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən
təşəbbüslərə davamlı dəstək göstərir. Bank insan kapitalının
inkişafını dayanıqlı inkişafın əsas istiqamətlərindən biri hesab
edir və gənclərin innovasiya, texnologiya və müasir peşə
bacarıqları sahəsində inkişafına yönəlmiş layihələrə töhfə
verir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir