Naxçıvanda külli miqdarda qanunsuz siqaret dövriyyədən çıxarılıb

Baş səhifə

Bakı.Trend:

Naxçıvanda külli miqdarda qanunsuz siqaret dövriyyədən
çıxarılıb.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat
verilib.

Bildirilib ki, Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları
tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri
nəticəsində külli miqdarda məcburi nişanlanma ilə nişanlanmayan
tütün məmulatları aşkar edilərək qanunsuz dövriyyədən
çıxarılıb.




Aparılan tədbirlər zamanı Naxçıvan şəhər sakininə məxsus 41 min
220 ədəd müxtəlif markalı, məcburi nişanlanma ilə nişanlanmamış
siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir