
Bakı. Trend:
Növbəti sutka ərzində İran vətəndaşlarının beynəlxalq internetə
çıxışı tam bərpa olunacaq.
Trend-in
məlumatına görə, bunu İranın rabitə və informasiya texnologiyaları
nazirinin müavini Ehsan Çitsaz yerli mediaya açıqlamasında
deyib.
Onun sözlərinə görə, hazırda beynəlxalq internetə çıxışla
əlaqədar ilkin addımlar atılıb və tədricən internet əlaqəsi
qurulacaq.
Qeyd edək ki, ötən axşam İranın Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi İran Prezidenti Məsud Pezeşkianın
internetə çıxışın bərpa olunması ilə əlaqədar qərarı təsdiqlədiyini
bildirib.
Əlavə edək ki, 28 fevralda ABŞ və İsrailin İrana hərbi hava
hücumlarından sonra İranda beynəlxalq internetə çıxışa məhdudiyyət
tətbiq edilib.

