Xankəndi və Xocalıya dolu yağıb – FOTO

Baş səhifə

Mayın 26-sı günorta saatlarında Xankəndi şəhərinə və Xocalı rayonuna güclü yağış və dolu yağıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, yağışlı hava şəraitinə baxmayaraq, ərazilərdə hər hansı kommunal problem qeydə alınmayıb, infrastrukturun fəaliyyəti fasiləsiz təmin edilib.

Elektrik, su və rabitə xətlərində nasazlıq yaranmayıb, yolların hərəkətində də məhdudiyyət müşahidə olunmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir