ABB-nin Gəncə filialı yenilənmiş binasında xidmətə başladı

Baş səhifə

Bakı. Trend:

ABB-nin filial şəbəkəsinin transformasiyası layihəsi
çərçivəsində Bankın Gəncə filialında da yenilənmə aparılıb. Gəncə
filialı artıq özünün əvvəlki ünvanında – Gəncə şəhəri, Heydər
Əliyev prospekti 696 ünvanında müştərilərin xidmətindədir.

ABB-nin regional filiallarına səfəri çərçivəsində Bankın İdarə
Heyətinin sədri Abbas İbrahimovun iştirakı ilə Gəncə filialının
yenilənmiş binanın açılışı olub.

Filialın binası ABB-nin yeni brend kimliyinə, müasir inkişaf
konseptinə uyğunlaşdırılıb. Bizneslərin, eləcə də fərdi
müştərilərin maliyyə xidmətlərinə olan bütün ehtiyaclarının təmin
edilməsi üçün burada hər cür şərait yaradılıb.




ABB-nin Gəncə filialında müxtəlif növ kredit, kassa-hesablaşma
əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının
sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif
xidmətlərdən faydalanmaq mümkündür.

Ölkəmizin ən böyük şəhərlərindən sayılan Gəncədə hazırda ABB 4
ofisi ilə müştərilərin xidmətindədir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet
səhifəsi https://abb-bank.az/,
937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən
əldə etmək mümkündür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir