Azərbaycanda seçici sayı açıqlanıb, ən yaşlı seçicilər məlum olub

Baş səhifə

Bakı. Trend:

Mərkəzi Seçki Komissiyası ölkədə seçicilərin ümumi sayını
açıqlayıb.

Trend xəbər
verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri
Məzahir Pənahov MSK-nın 2026-cı ilin daimi seçici siyahısının
tərtib edilməsi və dəqiqləşdirilməsinin yekunlarına dair iclasında
məlumat verib.

O bildirib ki, Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 332
min 229 nəfərdir. Onların 47,6 faizi kişilər, 52,4 faizi isə
qadınlardır.




“Ən yaşlı qadın seçici Lənkəran rayon sakini Əzizova Tamam Əli
qızıdır (1890-cı il təvəllüdlü, 136 yaş). Ən yaşlı kişi seçici isə
Tovuz rayon sakini Hacıyev Fərrux Səməd oğludur (1920-ci il
təvəllüdlü, 106 yaş).

MSK sədri əlavə edib ki, yaşı 100 və yuxarı olan seçicilərin
sayı 209 nəfərdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir