
Bakı.Trend:
Cari ilin yanvar-aprel aylarında Azərbaycandan Yunanıstana 182,8
milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 284,4
min ton xam neft və neft məhsulları ixrac olunub.
Trend bu barədə
Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.
Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə
müqayisədə dəyər ifadəsində 53,8 milyon ABŞ dolları və ya 41,7 faiz
çoxdur. Həcm baxımından isə 52 min ton və ya 22,4 faiz artım qeydə
alınıb.
Ötən ilin yanvar-aprel aylarında Azərbaycandan Yunanıstana 129
milyon ABŞ dolları dəyərində 232,4 min ton neft və neft məhsulları
ixrac olunmuşdu.
Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycanın
xarici ticarət dövriyyəsi 17,403 milyard ABŞ dolları təşkil
edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 485 milyon dollar və ya
2,9 faiz çoxdur.
Xarici ticarət dövriyyəsinin ümumi həcmindən 11,9 milyard dollar
ixracın, 5,5 milyard dollar isə idxalın payına düşüb. Son bir ildə
ixracın həcmi 3,1 milyard dollar (35,2 faiz) artdığı halda, idxalın
həcmi 2,6 milyard dollar (32,1 faiz) azalıb.
Nəticədə xarici ticarətdə 6,354 milyard dollar həcmində müsbət
saldo formalaşıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
9,7 dəfə və ya 5,7 milyard dollar çoxdur.

