Paytaxtda yeni uşaq bağçası istifadəyə verilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bakı şəhəri Yasamal rayonunda 351 nömrəli körpələr evi-uşaq
bağçası istifadəyə verilib.

Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat
verilib.

Bildirilib ki, açılış tədbirində Məktəbəqədər və Ümumi Təhsil
üzrə Dövlət Agentliyinin (MÜTDA) Uşaq inkişafı və rifahı şöbəsinin
müdiri İlahə Rəsulova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ)
müdir müavini Anar Qədiməliyev, Yasamal Rayon İcra Hakimiyyətinin
(RİH) başçısının müavini Təravət Muradova, idarənin müvafiq
struktur bölmə rəhbərləri, müəllimlər və valideynlər iştirak
ediblər.

Tədbirdə çıxış edən MÜTDA-nın Uşaq inkişafı və rifahı şöbəsinin
müdiri İlahə Rəsulova uşaq bağçasının fəaliyyətinə uğurlar
arzulayıb və ölkəmizdə məktəbəqədər təhsilin inkişafına göstərilən
dövlət qayğısından söz açıb. Şöbə müdiri uşaq bağçalarının işinin
yüksək tələblər səviyyəsində təşkili istiqamətində atılan addımlara
diqqət çəkib və məktəbəqədər təhsil müəssisələrinin yenidən
qurulması, müasir uşaq bağçalarının inşası sahəsindəki fəaliyyətin
daha da genişləndirildiyini bildirib.




BŞTİ-nin müdir müavini Anar Qədiməliyev məktəbəqədər təhsilin
əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətin
yaxşılaşdırılması, məktəbəqədər təhsil müəssisələri heyətinin
peşəkarlığının artırılmasının əsas hədəflər sırasında olduğunu
deyib.

Yasam RİH başçısının müavini Təravət Muradova Azərbaycan
Respublikası Prezidentinin müvafiq sərəncamları və xüsusi qayğısı
sayəsində məktəbəqədər təhsil müəssisələrinin təmir-tikinti
işlərinin davamlı olaraq həyata keçirilməsinin ümumilikdə,
uşaqların tədris şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyini
söyləyib.

Qeyd edək ki, yeni istifadəyə verilən 351 nömrəli körpələr
evi-uşaq bağçası 75 yerlikdir. Uşaq bağçasında uşaqların
təlim-tərbiyəsi ilə 9 pedaqoji işçi məşğul olur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir