
Bakı. Trend:
Bu ilin iyun ayında havanın orta aylıq temperaturun iqlim
normasına yaxın, bəzi ərazilərdə isə bir qədər yüksək olacağı
gözlənilir.
Trend xəbər
verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat
yayıb.
Məlumata görə, aylıq yağıntının miqdarının əsasən iqlim
normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal
olunur.
İyun ayının ilk günlərində bəzi rayonlarda arabir yağıntılı
olacağı gözlənilir. Ayrı ayrı yerlərdə qısamüddətli intensivləşəyi,
şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq
temperaturunun 23-25°C isti olacağı gözlənilir ki, bu da iqlim
normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 18-23°C,
gündüzlər 27-32°C, bəzi günlərdə isə 35-38°C isti olacaq. Aylıq
yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir
(9-12 mm).
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur
rayonlarında havanın orta aylıq temperaturunun 23-26°C isti olacağı
gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Gecələr havanın temperaturu 17-22°C, gündüzlər 24-29°C, bəzi
günlərdə 34-39°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim
normasına yaxın olacağı 21-35 mm) gözlənilir.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Goranboy, Daşkəsən və
Gədəbəy rayonlarında havanın orta aylıq temperaturu 18-22°C isti
olacaq ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın
temperaturunun 13-18°C, gündüzlər 20-25°C, bəzi günlərdə 30-35°C
isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına
yaxın olacaq (63-130 mm).
Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında
havanın orta aylıq temperaturunun 19-23°C isti olacağı gözlənilir
ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu
13-18°C, gündüzlər 20-25°C, bəzi günlərdə 28-33°C isti olacaq.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı
gözlənilir (38-86 mm).
Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Tərtər və Füzuli
rayonlarında havanın orta aylıq temperaturunun 22-25°C təşkil
edəcəyi gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər
yüksəkdir. Gecələr havanın temperaturu 18-23°C, gündüzlər 27-32°C,
bəzi günlərdə 35-38°C isti olacaq. Aylıq yağıntının miqdarının
iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı
gözlənilir (46-58 mm).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
havanın orta aylıq temperaturunun 20-24°C olacağı gözlənilir ki, bu
da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın
temperaturu 17-22°C, gündüzlər 23-28°C, bəzi günlərdə 34-39°C isti,
dağlarda isə gecə 4-9°C, gündüz 13-18°C isti, bəzi günlərdə 20-25
dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına
yaxın olacağı gözlənilir (18-179 mm).
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir,
Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan və
Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 25-28°C
isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir
qədər yüksəkdir. Gecələr havanın temperaturu 19-24°C, gündüzlər
28-33°C, bəzi günlərdə 35-40°C isti olacaq. Aylıq yağıntının
miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 12-49
mm).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara və
Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 21-25°C
isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir
qədər yüksəkdir. Gecələr havanın temperaturu 17-22°C, gündüzlər
27-32°C, bəzi günlərdə 34-38°C isti olacaq. Aylıq yağıntının iqlim
normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir
(norma 29-47 mm).

