Azərbaycan bayrağının rəngləri Niaqara şəlaləsində (FOTO)

Baş səhifə

ABŞ ilə Kanada arasında yerləşən dünyaca məşhur Niaqara şəlaləsi
28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının
rəngləri ilə işıqlandırılıb.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.

İşıqlandırma mərasimi Azərbaycan Respublikasının Diasporla İş
üzrə Dövlət Komitəsinin dəstəyi, Kanadada fəaliyyət göstərən
“Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin
təşkilatçılığı ilə baş tutub.




Kanadada yaşayan soydaşlarımız Azərbaycan bayraqlarını
dalğalandıraraq mərasimi böyük sevinc və coşğu ilə izləyiblər.
Milli rəqsimizin sədaları altında rəqs edib, bayram sevinclərini
şəlalənin füsünkar görüntüsünün fonunda foto çəkdirən
ziyarətçilərlə bölüşüblər.

Hadisə ərazidə olan yerli sakinlərin və turistlərin diqqətini
cəlb edib. Aksiya ilə maraqlananlara Azərbaycanın Müstəqillik Günü
haqqında məlumat verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir