
Bakı. Trend:
Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç Prezident
İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Trend məktubu
təqdim edir:
“Hörmətli Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və
xalqınıza Xorvatiya Respublikasının Hökuməti adından və şəxsən öz
adımdan təbriklərimi çatdırıram.
Xorvatiya Respublikası dialoq, qarşılıqlı hörmət və əməkdaşlıq
yolu ilə müxtəlif sahələrdə ikitərəfli əlaqələrimizin daha da
möhkəmləndirilməsinə böyük əhəmiyyət verir. Əminəm ki, Xorvatiya
ilə Azərbaycan arasındakı dostluq və strateji tərəfdaşlıq
xalqlarımızın rifahı naminə birgə səylərimizlə daha da
dərinləşəcək.
Xorvatiya Respublikası ümumi əməkdaşlığımızı xüsusən də ticarət
və enerji təhlükəsizliyi sahələrində daha da gücləndirməkdə
maraqlıdır. İqtisadi əlaqələrimiz böyük əhəmiyyət kəsb edir,
xüsusilə Xorvatiya və Azərbaycan şirkətləri arasında daha sıx
əməkdaşlığı təşviq etmək və qarşılıqlı investisiyaları artırmaqla
mühüm inkişaf potensialına malikdir.
Cənab Prezident, bayram münasibətilə Sizə ən xoş arzularımı bir
daha çatdırır, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş
edirəm”.

