Rusiyada yeni ticarət gəmiləri ilə bağlı göstəriş verildi

Baş səhifə

Bakı. Trend:

Rusiyada Birləşmiş Gəmiqayırma Korporasiyası (OSK) qarşıdakı 10
il ərzində köhnə gəmiləri əvəz etmək məqsədilə 500 yeni quru yük
gəmisi, konteynerdaşıyan gəmi və tanker inşa etməlidir.

Trend bu barədə
Rusiya mediasına istinadən xəbər verir

Donanmanın yenilənməsi proqramının parametrləri aprelin 30-da
Rusiya Federasiyasının Baş nazirinin birinci müavini Denis
Manturovun sədrliyi ilə keçirilən müşavirədə razılaşdırılıb.
Proqrama əsasən, 2030-cu ilədək yaşı 40-dan çox olan bütün
“çay-dəniz” tipli gəmilərin istismardan çıxarılması, yeni gəmilər
üçün isə maksimal istismar müddətinin 50 il müəyyənləşdirilməsi
nəzərdə tutulur.




Yeni gəmilər üçün güzəştli lizinq mexanizminin ilkin olaraq
dövlət büdcəsi hesabına maliyyələşdirilməsi planlaşdırılırdı.
2026–2030-cu illər ərzində bu məqsədlə 290 milyard rubl (təxminən
6,9 milyard manat) ayrılması müzakirə olunurdu. Həmçinin dövlət
dəstəyi mexanizminin yaradılması da gündəmdə idi. Lakin
“Kommersant” qəzetinin məlumatına görə, hazırda büdcə
maliyyələşdirilməsinin investisiya yığımı ilə əvəz edilməsi təklif
olunur.

Mənbənin sözlərinə görə, bu yığım iki əlavə ödənişdən ibarət
olacaq: gəmilərin texniki baxışı və təsnifləşdirilməsi tarifinə (30
yaşadək və 30 yaşdan yuxarı gəmilər üçün) tətbiq edilən əlavə haqq,
həmçinin daşınan hər ton yükə görə liman rüsumuna əlavə ödəniş.
Hökumət bu mexanizm vasitəsilə 2026–2030-cu illərdə 210 milyard
rubl (təxminən 5 milyard manat) vəsait toplamağı planlaşdırır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir