İliyana Yotova Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Baş səhifə

Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova Prezident
İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend məktubu
təqdim edir:

“Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə
təbriklərimi və ən xoş arzularımı qəbul etməyinizi xahiş
edirəm.

Bu xoş fürsətdən istifadə edərək, Ümumdünya Şəhərsalma Forumunun
Bakıda keçirilən 13-cü Sessiyası zamanı mənə və nümayəndə heyətimə
göstərilən səmimi qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm.
Bolqarıstan bələdiyyələrinin 10-dan çox meri, həmçinin
Bolqarıstanın ali təhsil müəssisələrinin nümayəndələrinin iştirak
etdikləri Sessiya ilə bağlı bizdə olduqca xoş təəssüratlar yarandı.
Eyni zamanda, üç ay ərzində Sizinlə keçirilən ikinci ikitərəfli
görüşdən məmnunluğumu vurğulayıram. Bu, ölkələrimiz arasında ən
yüksək səviyyədə intensiv siyasi dialoqun sübutudur.

Münasibətlərimizdəki müsbət siyasi dinamikanın hər iki tərəf
üçün faydalı əməli nəticələrə və layihələrə çevrilməli olduğu
fikrinizi tamamilə bölüşürəm. Hesab edirəm ki, enerji sahəsində
əməkdaşlıqla bağlı danışıqlarımız zamanı əldə edilən razılaşmaların
həyata keçirilməsi, Bolqarıstan şirkətlərinə Azərbaycanın təbii
qazının tədarükünün artırılması, həmçinin Azərbaycan, Gürcüstan,
Türkiyə və Bolqarıstan arasında “yaşıl enerji”nin quru yolla
ötürülməsi üçün ikinci enerji dəhlizinin müzakirə olunan potensialı
münaqişələr və qeyri-sabitlik səbəbindən sarsılmış bugünkü dünyada
zəruri investisiyalardır. Sənaye zonaları və texnoloji parklar
sahəsində tərəfdaşlıq münasibətlərinin intensivləşdirilməsi, eyni
zamanda, xalqlarımız arasında təhsil və mədəniyyət sahələrində
əlaqələrin genişləndirilməsi də Bolqarıstan üçün vacib prioritet
sahələrdir.

Sizi Bolqarıstanda qonağımız kimi qəbul etmək, Veliko Tırnovo
şəhərində “Şuşa Parkı”nın dostluq münasibətlərimizin parlaq rəmzi
olaraq birgə açılışını etmək mənim üçün şərəf olardı.

Yaxın gələcəkdə Zati-alinizi Bolqarıstanda salamlamaq imkanımın
olacağı ümidi ilə Sizə və ailənizə cansağlığı, ali dövləti
fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram”

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir