
Bakı. Trend:
Müdafiə Sənayesi Nazirliyinin tabeliyində “Azərsilah” Müdafiə
Sənayesi Holdinqi” QSC-nin və “Azərxalça” ASC-nin müşahidə
şuralarında Maliyyə Nazirliyinin nümayəndəsi təmsil olunacaq.
Trend xəbər
verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman
imzalayıb.
Qeyd olunub ki, Nazirlər Kabineti bununla bağlı tədbir görüb bir
ay müddətində Prezidentə məlumat verməlidir.

