
Azərbaycanın 3 güləşçisi Slovakiyanın paytaxtı Bratislavada
keçirilən U-20 dünya çempionatında yarımfinala yüksəlib.
Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, Yunan-Roma güləşində Ayxan Cavadov (60 kiloqram)
1/8 finalda fransalı Maqomed Varayevi 9:0, 1/4 finalda isə
braziliyalı Pedro Enrike de Souza Rodriqesi 6:2 hesabı ilə məğlub
edib. O, yarımfinalda iranlı Əmirəli Heydəri ilə qarşılaşacaq.
Elmin Əliyev (82 kiloqram) gürcüstanlı Luka Pipiya və yaponiyalı
Rondo Kodamaya 8:0 hesabı ilə qalib gəlib. Təmsilçimiz 1/4 finalda
özbəkistanlı Bekmurod Rustamovu ilk xal (1:1) prinsipinə əsasən
üstələyib. İdmançı yarımfinalda belaruslu Kiril Valevski ilə üz-üzə
gələcək.
Qadın güləşində isə Zəhra Kərimzadə (72 kiloqram) türkiyəli
İlayda Çini “tuş”la məğlub edərək yarımfinala yüksəlib. O, final
uğrunda hindistanlı Tanu Şarma ilə güləşəcək.
Esra Məmmədli (53 kiloqram) isə təsnifat mərhələsində
qazaxıstanlı Dinara Dauylkızına 1:7 hesabı ilə uduzub.

