DÇ-2026-da “pley-off”a çıxan komandalar 25-ə çatdı – ADLAR

Baş səhifə

Futbol üzrə 2026-cı il Dünya Çempionatının qrup mərhələsinin növbəti oyunlarından sonra turnirin 1/16 final mərhələsinin bir neçə cütü müəyyənləşib.

Modern.az xəbər verir ki, A, B, C, D, E, F, I, H, G qruplarında bütün oyunlar başa çatıb. Nəticədə “pley-off”da oynayacaq 32 komandadan 20-si artıq müəyyənləşib.

Meksika, ABŞ, Almaniya, Argentina, Fransa, Norveç, Kolumbiya, İsveçrə, Braziliya, Kanada, Mərakeş, Cənubi Afrika Respublikası, Bosniya və Herseqovina, Kot-d’İvuar, Ekvador, Niderland, Yaponiya, İsveç, Avstraliya, Paraqvay, Belçika, Misir, İspaniya, Kabo-Verde, Seneqal milli komandaları “pley-off”a vəsiqə qazanıblar. 

“Pley-off” oyunları:

CAR – Kanada
28 iyun, saat 23:00

Braziliya – Yaponiya
29 iyun, saat 23:00

Almaniya – Paraqvay:
29 iyun, saat 01:30-da

Niderland – Mərakeş
30 iyun, saat 05:00

Kot d’İvuar – Norveç
30 iyun, saat 21:00

Fransa – İsveç:
1 iyul, saat 02:00-da.

ABŞ – Bosniya və Herseqovina
2 iyul, saat 04:00

Avstraliya – Misir:
3 iyul, saat 23:00

Argentina – Kabo Verde:
4 iyul, saat 03:00

Seneqal millisi 2026-cı il Dünya Çempionatının pley-off mərhələsinə vəsiqəni təmin edib. Seneqal millisinin 1/16 finaldakı rəqibi daha sonra müəyyənləşəcək.

Bundan əlavə, H qrupunun qalibi İspaniya millisi 1/16 finalda J qrupunun ikincisi ilə oynayacaq. Həmin komanda ya Avstriya, ya da Əlcəzair olacaq.

2026-cı il Dünya Çempionatı Amerika Birləşmiş Ştatları, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçirilir. Qrup mərhələsi 28 iyun tarixində başa çatacaq və bundan sonra komandalar mübarizəni pley-off mərhələsində davam etdirəcəklər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir