Çin rabitə texnologiyalarını sınaqdan keçirmək üçün “TJSW-24” peykini orbitə buraxıb

Baş səhifə

Bakı. Trend:

Çin rabitə texnologiyalarının sınağı üçün nəzərdə tutulan
TJSW-24 peykini uğurla orbitə çıxarıb.

Trend-in
məlumatına görə, bu barədə Çin Aerokosmik Elm və Texnologiya
Korporasiyası (CASC) xəbər verib.

Qurumun “WeChat” sosial şəbəkəsindəki səhifəsində bildirilib ki,
kosmik aparat orbitə CZ-7A (“Çançjen-7A”) modifikasiyalı daşıyıcı
raketi vasitəsilə çatdırılıb.




Buraxılış çərşənbə günü Pekin vaxtı ilə saat 00:16-da Vençan
kosmodromundan (cənubdakı Haynan vilayəti) həyata keçirilib.

“Çançjen” seriyalı raketlər üçün bu, 645-ci missiya olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir