
Bakı.Trend:
Rəsmi Vaşinqton İbrahim sazişlərinin (Abraham Accords ing.)
genişləndirilməsini istəyir.
Trend xəbər verir
ki, bu barədə Ağ Evin mətbuat katibinin birinci müavini Anna Kelli “Semafor” portalına açıqlamasında bildirib.
İbrahim sazişləri — 2020–2021-ci illərdə İsrail dövləti və bir
sıra ərəb dövlətləri (ilk növbədə BƏƏ və Bəhreyn) arasında,
münasibətlərin normallaşdırılması üçün imzalanmış
müqavilələrdir.
Kellinin sözlərinə görə, ABŞ hakimiyyəti hesab edir ki, İbrahim
sazişlərinin genişləndirilməsi Tehranla mümkün razılaşmaya təbii
əlavə ola bilər.
“İbrahim sazişləri bütün iştirakçı tərəflərə əhəmiyyətli
iqtisadi fayda gətirib və tarixi əhəmiyyət daşıyan əməkdaşlığı
mümkün edib. Buna görə də bu, (İranla) sülh sazişinə təbii əlavə
olardı”, – deyə o bildirib.

