Əlimərdan bəy Topçubaşovun məzarı ziyarət edilib

Baş səhifə

Azərbaycanın Fransadakı səfirliyinin diplomatik heyəti Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Əlimərdan bəy Topçubaşovun məzarı ziyarət edib.

APA xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “X” hesabında bildirib.

“Müsəlman Şərqinin ilk parlament demokratiyası – Azərbaycan Demokratik Respublikasının banilərindən olan Əlimərdan bəy Topçubaşovun məzarını diplomatik heyət və icma üzvləri ilə birgə ziyarət etdik.

Azərbaycan uğrunda mübarizə aparan Vətən övladlarını hörmətlə yad edirik!”, – Leyla Abdullayeva qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir