Azərbaycanda icbari sığorta ödənişləri 21%-dən çox artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda icbari sığorta
növlərinin hesabına 92,213 milyon manat sığorta haqqı
toplanılıb.

Trend
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin
eyni dövrü ilə müqayisədə 44,4 milyon manat və ya 32,5% azdır.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlər isə ötən
ilin eyni dövrü ilə müqayisədə 9,4 milyon manat və yaxud 21,3%
artaraq 53,710 milyon manata çatıb.

Beləliklə, bu ilin yanvar-aprel aylarında icbari sığorta
bazarında toplanmış hər 100 manat sığorta haqqının 58,2 manatı
müştərilərə geri ödənilib.




Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda
fəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə 610,216 milyon
manat məbləğində sığorta haqqı toplanıb. Bu, ötən ilin müvafiq
dövrünün göstəriciləri ilə müqayisədə 21,7 milyon manat və ya 3,7%
çoxdur.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 304,353 milyon
manat təşkil edib.

Məlumata əsasən, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri
ilə müqayisədə 73 milyon manat və ya 31,6% çoxdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir