Azərbaycanda həyat sığortası bazarı 10%-ə yaxın böyüyüb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda həyat sığortası
növlərinin hesabına 371,534 milyon manat sığorta haqqı
toplanılıb.

Trend
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin
eyni dövrü ilə müqayisədə 33,5 milyon manat və ya 9,9% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə ötən
ilin eyni dövrü ilə müqayisədə 58,7 milyon manat və yaxud 39,6%
artaraq 207,021 milyon manata çatıb.

Beləliklə, bu ilin yanvar-aprel aylarında həyat sığortası
bazarında toplanmış hər 100 manat sığorta haqqının 55,7 manatı
müştərilərə geri ödənilib.




Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda
fəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə 610,216 milyon
manat məbləğində sığorta haqqı toplanıb. Bu, ötən ilin müvafiq
dövrünün göstəriciləri ilə müqayisədə 21,7 milyon manat və ya 3,7%
çoxdur.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 304,353 milyon
manat təşkil edib.

Məlumata əsasən, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri
ilə müqayisədə 73 milyon manat və ya 31,6% çoxdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir