Katz İsrailin Qəzzadan “könüllü köç” planını həyata keçirəcəyini bildirib

Baş səhifə

Qəzzadan “könüllü köç” planı uyğun vaxtda və lazımi qaydada həyata keçiriləcək.

“Ynet”in xəbərinə görə, bunu İsrailin müdafiə naziri İsrael Katz HAMAS-ın hərbi qanadının başçısı Məhəmməd Odenin öldürülməsinə münasibət bildirərkən deyib.

O, 7 oktyabr hadisələrinin təşkilatçılarını “yeriyən ölülər” adlandırıb və hamısının aqibətinin eyni olacağını vurğulayıb.

“Qəzzadan könüllü köçürülmə planı da yerinə yetiriləcək. Hər şey düzgün vaxtda və lazımi şəkildə icra olunacaq”, – müdafiə naziri bildirib.

Qeyd edək ki, Məhəmməd Ode bir neçə gün əvvəl öldürülən İzzəddin əl-Həddadın yerinə təyin olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir