ABŞ Ukraynanın əleyhinə səs verdi

Baş səhifə

ABŞ BMT-də Ukraynanın təşəbbüsü ilə hazırlanmış bəyanatı dəstəkləməyib.

Modern.az xəbər verir ki, sənədi Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik təşkilatın mənzil-qərargahında səsləndirib.

Bəyanatda tam, dərhal və qeyd-şərtsiz atəşkəsə çağırış edilib, həmçinin konkret humanitar tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Sənədi BMT-yə üzv dövlətlərin dörddə birindən azı – 47 ölkə imzalayıb. İmza atanlar arasında əsasən Avropa dövlətləri yer alıb. ABŞ isə sənədə qoşulmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir