
Bakı.Trend:
Bakı şəhəri, Lökbatan-Güzdək yolunun 2.2-ci km-də bərpa işlərinə
başlanılıb.
Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, ərazidə rahat gediş-gəlişin təmin olunması üçün
müvəqqəti alternativ yol salınır.
Daha sonra sel sularının qəzalı vəziyyətə saldığı suötürücü
qurğu söküləcək. Paralel olaraq ərazidə yeni körpünün
layihələndirilməsi işləri görüləcək.

