
Bakı. Trend:
Bu il mayın 1-nə olan vəziyyətə görə, Azərbaycan banklarının
xalis xarici aktivləri 29,523 milyard manat təşkil edib.
Trend
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu,
aylıq müqayisədə 997,7 milyon manat və ya 3,5%, ötən ilin mayın
1-nə nisbətən isə 597,7 milyon manat 2,1% çoxdur.
Hesabat tarixinə bankların xalis daxili aktivləri isə 20,646
milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 809 milyon
manat və ya 3,8% az, ötən ilin mayın 1-nə nisbətən isə 2,363
milyard manat və ya 12,9% çoxdur.
Beləliklə, bu ilin mayın 1-nə Azərbaycan banklarının xalis
xarici aktivləri xalis daxili aktivlərini 7,067 milyard manat və ya
1,4 dəfə üstələyib.
Hesabat dövrünə Azərbaycanda cəmi aktivləri 57,356 milyard
manat, cəmi öhdəlikləri 49,696 milyard manat, balans kapitalı 7,660
milyard manat olan 22 bank fəaliyyət göstərir.

