Messinin 21 metrlik heykəli söküləcək

Baş səhifə

Bakı. Trend:

21 metrlik Lionel Messi heykəli təhlükəsizlik səbəbilə
Hindistanda başqa yerə köçürüləcək.

Trend xəbər verir ki,
Argentina millisinin və “İnter Mayami”nin hücumçusunun abidəsi
2025-ci ilin dekabrında Kolkatada futbolçunun ölkə turu zamanı
açılmışdı.

BBC-nin Hindistan mediasına istinadən yaydığı məlumata görə,
İctimai İşlər Departamentinin (PWD) mühəndisləri yerli sakinlərin
şikayətlərindən sonra heykəli yoxlayıb və abidənin
konstruksiyasında ciddi problemlər aşkarlayıblar. Bundan sonra onun
dərhal sökülərək başqa yerə daşınmasına qərar verilib.




“Argentina futbolunun əfsanəsinin heykəli təhlükəlidir. Biz onun
küləkdə yelləndiyini müşahidə etdik”, – deyə Qərbi Benqal
qanunverici məclisinin deputatı Şaradvat Mukherjee bildirib.

Siyasətçinin sözlərinə görə, heykəlin hərəkətli yolun və yeraltı
keçidin yaxınlığında yerləşməsi söküntü işlərini çətinləşdirir.
Buna baxmayaraq, hakimiyyət orqanları “ilk fürsətdə” abidənin
sökülməsini planlaşdırır.

Şüşəlif və dəmir konstruksiyadan hazırlanan heykəl möhkəm neylon
troslarla bərkidilib. İnsanların və nəqliyyatın əraziyə
yaxınlaşmasının qarşısını almaq üçün baryerlər qurulub. Rəsmilər 45
nəfərlik briqadanın 27 gün ərzində hazırladığı abidə üçün
alternativ məkanları nəzərdən keçirirlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir