
Bakı. Trend:
Xorvatiyanın Poreç şəhərində çimərlik güləşi üzrə U-17 Avropa
çempionatı keçirilib.
Trend xəbər verir ki,
qitə birinciliyində Azərbaycan millisinin 4 üzvü fəxri kürsüyə
qalxıb. Elcan Həsənov (60 kiloqram) və Ruslan Vəliyev (80 kiloqram)
Avropa çempionu olublar. Finalda uduzan Rəşad Əliyev (70 kiloqram)
və Elvin Hacıquliyev (80 kiloqram) isə gümüş medalla
kifayətləniblər.
Beləliklə, Azərbaycan millisi yekunda 80 xalla komanda hesabında
Avropa çempionu olub. Gürcüstan da eyni miqdarda xal toplasa da,
yığmamız medalların əyarına görə qonşu ölkəni qabaqlayıb. Ukrayna
isə 64 xalla 3-cü yeri tutub.

