Aİ Kiyevə 28,3 milyard avro və dron layihələrinə inteqrasiya vəd edib

Baş səhifə

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen 2026-cı ildə Kiyevə 90 milyard avroluq maliyyələşdirmədən 28,3 milyard avro hərbi ehtiyaclar üçün, eləcə də Ukraynanın Avropa dron istehsalı layihələrinə tam inteqrasiyası üçün köçürəcəyinə söz verib.

APA xəbər verir ki, o, bunu Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra öz “X” hesabında yazıb.

“Hava hücumundan müdafiə və dron əleyhinə tədbirlər Avropanın ən təcili prioritetləri arasındadır. Ukrayna bu səylərə tam inteqrasiya olunacaq. Təkcə bu il Ukrayna üçün Avropa maliyyə dəstəyi proqramı Ukraynanın hərbi ehtiyaclarını ödəmək üçün 28,3 milyard avro ayıracaq “, – diplomat bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir